​Gerbert Zalber: "Aİ Minsk qrupu formatında Dağlıq Qarabağ üzrə danışıqların fəallaşmasına öz töhfəsini verməyə hazırdır"

​Gerbert Zalber: "Aİ Minsk qrupu formatında Dağlıq Qarabağ üzrə danışıqların fəallaşmasına öz töhfəsini verməyə hazırdır" "Aİ münaqişənin yalnız sülh yolu ilə həllində Minsk qrupunun aparıcı rolunu tanıyır"
Qarabağ
10 May , 2016 23:55
​Gerbert Zalber: Aİ Minsk qrupu formatında Dağlıq Qarabağ üzrə danışıqların fəallaşmasına öz töhfəsini verməyə hazırdır

Bakı. 11 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səyləri dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, o bu bəyanatla Ermənistanda keçirdiyi görüşlərin yekununda çıxış edib.

"Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun aparıcı rolunu tanıyır və danışıqların fəallaşmasına bu formatda öz töhfəsini verməyə hazırdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi