Şəhid Natiq Əliyev Gəncədə dəfn edilib

Şəhid Natiq Əliyev Gəncədə dəfn edilib Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.
Qarabağ
17 Noyabr , 2021 16:35
Şəhid Natiq Əliyev Gəncədə dəfn edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev dəfn edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

15:00

Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhid Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid N.Əiliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

14:47

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün ailəsinə təhvil verilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi