Füzuli şəhərinə mediatur təşkil olunub

Füzuli şəhərinə mediatur təşkil olunub İşğaldan azad olunan ərazilərə mediatur təşkil olunub
Qarabağ
19 Noyabr , 2020 11:55
Füzuli şəhərinə mediatur təşkil olunub
0 : 00
0 : 00

İşğaldan azad olunan ərazilərə mediatur təşkil olunub

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli ərazisində olublar.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Musa Məmmədov jurnalistlərə oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonu ərazisinə düşən Toçka-U sisteminin 9M-79 raketi barədə məlumat verib.

O bildirib ki, raketin maksimum uçuş məsafəsi 120 km-dir. Həmin vaxt düşmən müdafiəsinin dərinliklərindən həmin vaxt bu əraziləri vura bilib. Raketin təyinatı əsasən, canlı qüvvə, kommunikasiya və vacib obyektlərin məhv edilməsidir:

“Raket öz təyinatı üzrə yerə düşməyə 20 metr qalmış havada partlayır. 14 500 ədəd yarımhazır qəlpələri var ki, onlar 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. İçərisində 162,5 kq partlayıcı var. Bu ərazi həm mülki əhalinin istifadə etdiyi əsas yolun yaxınlığıdır. Həmçinin geridə yaşayış məntəqələri var. Bu raket yaşayış ərazilərinin üstündə partlasaydı, böyük fəsadlara yol açacaqdı. Xoşbəxtlikdən mülki əhalinin zərər çəkməsi barədə məlumat daxil olmayıb”.

Son xəbərlər

Orphus sistemi