Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz”

Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz” “Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr Rusiya sülhməramlı kontingentinin funksiyalarını yerinə yetirə bilmədiyini göstərir”.
Qarabağ
10 Mart , 2023 14:02
Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz”
Fuad Hüseynəliyev

“Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr Rusiya sülhməramlı kontingentinin funksiyalarını yerinə yetirə bilmədiyini göstərir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində bildirib.

Onun sözlərinə görə, regionda gərginliyin davam etməsi Rusiya sülhməramlı kontingentinə belə bir iddia sürməyə imkan verəcək ki, onların burada olması həyati əhəmiyyət kəsb edir və cəmi 5 il müddətinə nəzərdə tutulan qalma müddətinin uzadılmasına ehtiyac var.

F.Hüseynəliyev hesab edir ki, Qarabağa davamlı şəkildə qeyri-qanuni olaraq silahların, hərbçilərin və yaraqlıların daşınmasına Rusiya sülhməramlılarının qabiliyyətsizliyi, bacarıqsızlığı və ya belə halların qarşısının alınmasına istəkli olmaması, bir sözlə, bunların nədən qaynaqlanmasının heç bir əhəmiyyəti yoxdur: “Burada silahlı birləşmələr var və buraya silahlar, şəxsi heyət göndərilir. Bütün bunlar isə Rusiya hərbçilərinin səhlənkarlığı və bəlkə də, köməyi ilə həyata keçirilir”.

Onun sözlərinə görə, aydındır ki, Rusiya sülhməramlı kontingenti ona həvalə edilən funksiyanı yerinə yetirə bilsəydi, Qarabağda atışmalar, sabitliyin pozulması baş verməzdi: “Bundan başqa, sülhməramlıların regionda yerləşdirilməsi ilə bağlı əsas hədəfə çatmaq mümkün olmur. Söhbət yaxınlaşma, gələcəkdə isə Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün şəraitin yaradılmasından gedir”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından danışan F.Hüseynəliyev qeyd edib ki, bu, ilk növbədə, İrəvan üçün faydalıdır:

“Qonşularla düşmənçilik şəraitində yaşamaq normal deyil. Ermənistan isə iki qonşusu - Azərbaycan və Türkiyə ilə düşmənçilik edir”.

Son xəbərlər

Orphus sistemi