Fransalı deputat: "Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib"

Fransalı deputat: "Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib" Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib.
Qarabağ
15 Oktyabr , 2019 15:49
Fransalı deputat: Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib

"Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib".

Bunu "Report"un yerli bürosuna Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, deputat Gi Briku (Guy Bricout) bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə əlindən gələni edəcəyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Mən özüm müxalif partiyadan seçilmişəm. Lakin əlimdən gələni edəcəyəm ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırsın və bu problem öz həllini tapsın". 

Deputat Azərbaycanın Fransada mötəbər beynəlxalq tədbirlər sayəsində tanındığını bildirib: "Fransada, əsasən, Ermənistan haqqında danışılır. Fransa mətbuatı da daha çox Ermənistandan yazır. Azərbaycan dünya çempionatı, "Formula 1" və bu kimi digər mötəbər tədbirlərlə əlaqəli xatırlanır. Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallığı yalnız Azərbaycanda olduğum zamanı anladım". 

Son xəbərlər

Orphus sistemi