Vladimir Fekete: “Azərbaycan işğal olunmuş torpaqları uğrunda döyüşür”

Vladimir Fekete: “Azərbaycan işğal olunmuş torpaqları uğrunda döyüşür” "Bəzi qüvvələr bu münaqişəni dini müharibə kimi təqdim etmək istəyir, amma bu, yanlışdır"
Qarabağ
16 Oktyabr , 2020 16:55
Vladimir Fekete: “Azərbaycan işğal olunmuş torpaqları uğrunda döyüşür”
Vladimir Fekete
0 : 00
0 : 00

“Təəssüf ki, indi müharibənin getdiyi xüsusi dövrdə yaşayırıq. Bəzi qüvvələr bu münaqişəni dini müharibə kimi təqdim etmək istəyir, amma bu, yanlışdır və mən buna əminəm. Bu, qanunsuz olaraq ələ keçirilmiş ərazilər uğrunda müharibədir”.

Bunu Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete deyib.

“Təəssüf ki, təkcə əsgərlər deyil, həm də Azərbaycanın dinc şəhərlərinin sakinləri ölür. Uşaqlar, qocalar və qadınlar ölür. Onların döyüş əməliyyatları ilə heç bir əlaqəsi yoxdur”, - o bildirib.

Yepiskop 11 ildir Azərbaycanda yaşadığını və bu xalqın, həmçinin buradakı əcnəbilərin rifahı üçün çalışdığını da əlavə edib.

“Biz və bura gələnlərin hamısı dəfələrlə Azərbaycanın tolerant ölkə olduğunun şahidi olmuşuq. Həm insanlar, həm də ölkə rəhbərliyi qardaşlıq və dostluq bağlarını qorumağa çalışırlar. Biz - katoliklər münaqişə qurbanlarının ruhlarının rahatlıq tapması və ədalətin sülh yolu ilə və qısa zamanda bərpa olunması üçün dua edirik”, - katolik missiyasının Azərbaycandakı baş nümayəndəsi söyləyib.

Son xəbərlər

Orphus sistemi