Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"

Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir" Aİ komissarı Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb
Qarabağ
23 Sentyabr , 2016 12:35
Federika Mogerini: Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə onlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsindən danışıblar.

F.Mogerini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub. 

Son xəbərlər

Orphus sistemi