Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO

Qarabağ
  • 27 fevral, 2017
  • 15:23
Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq bildirilib.

"Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib. Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir", - nazirlikdən vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Azərbaycan əsgərinin həlak olması barədə daha bir məlumat yalan çıxdı - VİDEO

44 filmi