Ermənistan Xızıya raket atıb

Ermənistan Xızıya raket atıb Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisini növbəti dəfə atəşə tutub.
Qarabağ
18 Oktyabr , 2020 17:20
Ermənistan Xızıya raket atıb
0 : 00
0 : 00

Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu ərazisində havada zərərsizləşdirilib.

"Report"un Şimal Bürosunun verdiyi məlumata görə, humanitar atəşkəs dövründə Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu Sitalçay kəndi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havada zərərsizləşdirilib.

Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb.

Hazırda, raketin olduğu ərazi polis tərəfindən mühafizə olunur, əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Əraziyə ANAMA-nın mütəxəssislərinin gəlməsi gözlənilir.

16:08

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisini növbəti dəfə atəşə tutub.

“Report” xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb.

Lakin raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib və onun qalıqları əkin sahəsinə düşüb.

Son xəbərlər

Orphus sistemi