Bakı. 3 dekabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabr ayının 4-5-də keçiriləcək ATƏT ölkələrinin XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün İsveçrənin Bazel şəhərinə gedib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Məlumata görə, dekabr ayının 3-də axşam E.Nalbandyan ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə görüşəcək.
Nalbandyanın ATƏT üzvü olan bəzi ölkələrin XİN başçıları ilə də görüşləri nəzərdə tutulub.