Bakı. 4 dekabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andiye və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş E.Nalbandyanın işçi səfərində olduğu İsveçrənin Bazel şəhərində keçirilib.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə imkanları ətrafında müzakirələr aparıblar.
E.Nalbandyan Ermənistanın münaqişənin sülh yolu tənzimlənməsində birgə səyləri davam etdirməyə hazır olduğunu söyləyib.
