Ermənistan silahlı bölmələri bu gecə mövqelərimizi atəşə tutub

Ermənistan silahlı bölmələri bu gecə mövqelərimizi atəşə tutub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu təxribatlarını davam etdirir.
Qarabağ
14 İyul , 2020 09:56
Ermənistan silahlı bölmələri bu gecə mövqelərimizi atəşə tutub

Video əlavə olunub


*** 05:38

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu təxribatlarını davam etdirir.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, erməni silahlı qüvvələrinin bölmələri bu gecə saat 3:00-dan saat 4-ə qədər Azərbaycan Ordusunun üzbəüz mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Düşmən ordusu Tovuz rayonunun Ağdam kəndini və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə məruz qoyub. Düşmən cavab atəşi ilə susdurulub.   

Son xəbərlər

Orphus sistemi