Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Qarabağ
27 İyun , 2021 23:51
Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi