Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
Qarabağ
- 19 fevral, 2019
- 05:26
Bakı. 19 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Son xəbərlər
20:59
İsrail ordusu Qəzzada "Nuxba" xüsusi təyinatlı bölməsinin 4 komandirini öldürüb
Digər ölkələr20:54
Almaniyanın "Deutsche Bahn" şirkəti vandalizmdən 30 milyon avrodan çox zərər çəkib
İnfrastruktur20:46
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb
Digər ölkələr20:37
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
Region20:29
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu "İnnovativ İnşaat Metodologiyası" üzrə qalib olub
İnfrastruktur20:27
İngiltərə millisinin futbolçusu Ezri Konsa karyerasını "Arsenal"da davam etdirəcək
Futbol20:24
Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq
Maliyyə20:14
ABŞ Prezidenti İranla danışıqların bərpası imkanını istisna etməyib
Digər ölkələr20:01