Ermənistan ordusunda növbəti qanlı insident baş verib

Ermənistan ordusunda növbəti qanlı insident baş verib Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb
Qarabağ
25 Oktyabr , 2017 17:01
Ermənistan ordusunda növbəti qanlı insident baş verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib. 

"Report"un məlumatına görə, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.

Artur Xaçaturyan təhqirlərə dözməyərək xidmət yoldaşına avtomat silahdan atəş açıb.

Güllələnən hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərindən də gizlədilir.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.

Son xəbərlər

Orphus sistemi