Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan noyabrın 9-da vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qarabağ
12 Noyabr , 2020 20:17
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib
Artsrun Ovannisyan

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan noyabrın 9-da vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını diqqətə çatdırıb.

A.Ovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını da bildirib.

Son xəbərlər

Orphus sistemi