Ermənistan Müdafiə Nazirliyi yaralılarının sayını açıqlayıb: 11 min

Ermənistan Müdafiə Nazirliyi yaralılarının sayını açıqlayıb: 11 min Bunu Qeqam Paşikyan martın 28-də keçirdiyi mətbuat konfransında bildirib
Qarabağ
28 Mart , 2021 15:01
Ermənistan Müdafiə Nazirliyi yaralılarının sayını açıqlayıb: 11 min
0 : 00
0 : 00

“İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinin 11 min hərbçisi və əməkdaşı yaralanıb”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyi Hərbi-Tibbi İdarəsi rəisinin müavini Qeqam Paşikyan martın 28-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci il sentyabr-oktyabr aylarında yaralananların 55 faizinin vəziyyəti yüngül, 26 faizi orta, 7 faizi ağır, 2 faizi çox ağırdır.

Son xəbərlər

Orphus sistemi