Ermənistan müdafiə nazirinin keçmiş müavini əsgərlərin ərzağını Qarabağda gizlədirmiş

Ermənistan müdafiə nazirinin keçmiş müavini əsgərlərin ərzağını Qarabağda gizlədirmiş Bakı. 20 iyun. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryanın “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub.
Qarabağ
20 iyun 2018 11:06
Ermənistan müdafiə nazirinin keçmiş müavini əsgərlərin ərzağını Qarabağda gizlədirmiş
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryanın “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, iyunun 20-də Dağlıq Qarabağda Manvel Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankalrı ilə yanaşı, satış üçün nəzrədə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. 

Qeyd edək ki, iyunun 19-da Manvel Qriqoryan barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi