Ermənistan işgalçı qüvvələrinin əsgəri minaya düşərək həlak olub

Qarabağ
  • 01 sentyabr, 2017
  • 13:50
Ermənistan işgalçı qüvvələrinin əsgəri minaya düşərək həlak olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ 1998-ci il təvəllüdlü erməni əsgəri Ayk Xaçaturyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində minaya düşərək həlak olub.

"Report"un Erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, insident səhər saatlarında təmas xəttinin şərq istiqamətində baş verib.

Həkimlərin səyinə baxmayaraq, 19 yaşlı əsgərin həyatını xilas etmək mümkün olmayıb. 

44 - Tezliklə