Ermənistan Kəlbəcərdən insanların çıxarılmasına görə vaxt istəyib

Ermənistan Kəlbəcərdən insanların çıxarılmasına görə vaxt istəyib "Ermənistan işğal olunmuş ərzilərimizdən vətəndaşlarının çıxarılması üçün 25 dekabra qədər vaxt istəyib".
Qarabağ
15942
15 Noyabr , 2020 14:46
Ermənistan Kəlbəcərdən insanların çıxarılmasına görə vaxt istəyib
Hikmət Hacıyev

“Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya Prezidenti arasında telefon danışığı olub”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edib, ermənilərin 25 noyabra qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi