Bakı. 22 mart. REPORT.AZ/ Martın 22-si, saat 13.50 radələrində Ermənistan silahlı qüvvələrinin 1991-ci il təvəllüdlü hərbçisi Andranik Araratoviç Qriqoryan öz istəyi ilə qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.
"Report" "News.am" nəşrinə istinadən xəbər verir ki, silah-sursatını öz postunda qoyub qaçan Andranik orduda müqavilə əsasında xidmət edirmiş.
Məlumata görə, hazırda insidentin təfərrüatları araşdırılır.