Ermənistan Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Gədəbəy istiqamətində atəşkəsi pozub

Ermənistan Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Gədəbəy istiqamətində atəşkəsi pozub Bakı. 16 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Qarabağ
111
16 Dekabr , 2018 10:24
Ermənistan Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Gədəbəy istiqamətində atəşkəsi pozub

Bakı. 16 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

“Report” xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Erməni silahlı bölmələri ötən gün atəşkəsi 21 dəfə pozub.

Son xəbərlər

Orphus sistemi