Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının nümayəndələri BDU tələbələri ilə görüşüblər

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının nümayəndələri BDU tələbələri ilə görüşüblər Bakı. 14 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri və müəllim heyəti ilə Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının (Sülh Platforması) İdarə Heyəti və Katibliyinin əməkdaşları ilə görüş keçirilib.
Qarabağ
14 May , 2018 14:09
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının nümayəndələri BDU tələbələri ilə görüşüblər
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri və müəllim heyəti ilə Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının (Sülh Platforması) İdarə Heyəti və Katibliyinin əməkdaşları ilə görüş keçirilib.

Platformanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sülh Platformasının İdarə Heyəti üzvü, “Cənubi Rusiya təhlili” qəzetinin baş redaktoru Yevgeni Mikhailov keçmiş SSRİ ərazisində ərazi münaqişələrinin həllində sülh təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib. 

Rusiya Federasiyasının ərazisində ermənilərin və azərbaycanlıların sülh içində aşaması haqqında məlumat verib və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların uğurlu təşviqi üçün ümidvar olduğunu bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Sülh Platformasının İdarə Heyətinin üzvü Ümüd Mirzəyev Rusiya Federasiyasının Cənubi Qafqaz regionunun inkişafında və Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rolunu qeyd edib.

Qafqaz tarixi mərkəzinin direktoru, Sülh Platformasının İdarə Heyətinin üzvü Rizvan Hüseynov ATƏT-in Minsk qrupunun danışıqlar prosesində yüksək rolunu vurğulayaraq regionun inkişaf perspektivləri barədə danışıb .

Sülh Platformasının Katibliyinin koordinatoru Dilarə Əfəndiyeva Sülh Platformasının fəaliyyətindən danışaraq, medianın müasir proseslərdə rolunu, o cümlədən ərazi münaqişələri və xalqlar arasında inamın bərpası kimi həssas mövzularda peşəkarlıq və məsuliyyətin səviyyəsinin yüksək olmasının vacib olduğunu vurğulayıb.

Daha sonra fikir mübadiləsi aparılıb. Tələbələr çıxışında münaqişənin həlli ilə bağlı fikirlərini, gələcək planlarını, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması ilə əməkdaşlıq etmək arzusunu ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi