Azərbaycan PA-nın sektor müdiri: "Ermənilərin saxta soyqırım iddiasının yalan olduğu uğurla sübut ediləcək"

Azərbaycan PA-nın sektor müdiri: "Ermənilərin saxta soyqırım iddiasının yalan olduğu uğurla sübut ediləcək" "Saxta Erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda beynəlxalq konfrans keçirilib
Qarabağ
10 Aprel , 2015 13:50
Azərbaycan PA-nın sektor müdiri: Ermənilərin saxta soyqırım iddiasının yalan olduğu uğurla sübut ediləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakıda AMEA-nın İnsan Hüquqları İnstitutu "Saxta erməni soyqırımı: uydurma və gerçəklik" mövzusunda beynəlxalq konfrans keçirib. "Report" xəbər verir ki, tədbirdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıc, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və başqaları iştirak edib.

Konfransı giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, konfransın əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır: "Ermənilərin törətdiyi cinayətlər yalnız 31 Mart soyqırımı ilə kifayətlənmir, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu cinayət hadisələri haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması vacibdir".

Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıc bildirib ki, Azərbaycan və Türkiyə erməni zorakılığına və iftiralarına uğramış ölkələrdir: "Biz həmişə deyirik ki, irəliyə doğru baxmaq lazımdır. Baş verən hadisələr heç vaxt birtərəfli olmur. Bu, tarixi unutmaq anlamına gəlmir, təbii ki, bizim də cavab verəcəyimiz suallar var, daha çox suala isə ermənilər cavab verməlidirlər".

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov sözlərinə görə, saxta soyqırım iddiasının yalan olduğu uğurla sübut ediləcək: "Əvvəllər konfranslarda deyilən fikirlər elə orada da qalırdı, indi isə əsas məqsəd bu iddianın yalan olduğunu faktlar və sənədlərlə sübut etmək və ömürlük bu mübahisənin qarşısını almaqdır".

Konfrans digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi