Ermənilərin Gəncə terroru azyaşlı qızı ailəsiz qoydu

Ermənilərin Gəncə terroru azyaşlı qızı ailəsiz qoydu Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb.
Qarabağ
11885
23 Oktyabr , 2020 12:43
Ermənilərin Gəncə terroru azyaşlı qızı ailəsiz qoydu

Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb.

Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları olub.

Hazırda Şəhnəzərovlar ailəsinin tək yadigarına qohumları baxır, baş verənləri anlamayan Xədicənin gözləri isə əzizlərini axtarır, dili isə yalnız ana deyir.

Son xəbərlər

Orphus sistemi