Füzuli. 29 may. REPORT.AZ/ Ermənistan silahlı bölmələri tərəfindən atəşə məruz qalan kombayna 11 güllə dəyib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, mayın 29-da səhər saatlarında ermənilər Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən atəşəkəsi pozub. Bu zaman taxıl sahəsində biçin işlərini aparan, rayonun Əbdülrəhmanlı kənd sakini Taleh Kamandar oğlu Həsənovun idarə etdiyi kombayn atəşə məruz qalıb.
Xəsarət alan olmasa da, kənd təsərrüfatı texnikasına ciddi ziyan dəyib.