Ermənilərin atdığı mərmi Tovuz sakininin həyətinə düşüb: "Möcüzə nəticəsində sağ qaldım"

Ermənilərin atdığı mərmi Tovuz sakininin həyətinə düşüb: "Möcüzə nəticəsində sağ qaldım" Ermənistan silahlı qüvvələrinin bölmələri ötən günnövbəti dəfə təxribata əl ataraq Tovuz rayonunun sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutub.
Qarabağ
17 İyul , 2020 13:10
Ermənilərin atdığı mərmi Tovuz sakininin həyətinə düşüb: Möcüzə nəticəsində sağ qaldım
Arif Məmmədov

Video əlavə olunub


***12:39

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün növbəti dəfə təxribata əl ataraq Tovuz rayonunun sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutub.

"Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, ermənilərin atdığı mərmi rayonun Vahidli kənd sakini Arif Məmmədovun həyətinə düşüb.

Xoşbəxtlikdən insan təlafatı olmayıb. Lakin ətrafa saçılan mərmilər evə ziyan vurub.

A.Məmmədov deyib ki, düşmən tərəfindən atılan mərmi onun ot tayasına düşüb. O qeyd edib ki, düşən mərmi təxminən onun 5 metr yaxınlığında partlayıb.

A.Məmmədovun sözlərinə görə, möcüzə nəticəsində sağ qalıb.

Son xəbərlər

Orphus sistemi