Bakı. 19 aprel. REPORT.AZ/ Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məhv edilmiş PUA-nın görüntülərini təqdim edirik: