Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb

Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Qarabağ
9 Noyabr , 2020 15:17
Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb
0 : 00
0 : 00

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Əskipara kəndini artilleriya atəşinə tutub.

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb.

FOTO: Elçin Murad

Son xəbərlər

Orphus sistemi