Ermənilər Tərtəri atəşə tutdu, 3 mülki şəxs yaralandı 

Ermənilər Tərtəri atəşə tutdu, 3 mülki şəxs yaralandı  Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.
Qarabağ
6 Oktyabr , 2020 20:19
Ermənilər Tərtəri atəşə tutdu, 3 mülki şəxs yaralandı 

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda döyüşlər davam edir.

Son xəbərlər

Orphus sistemi