"Erməni vətəndaşlarımızla növbəti görüşlər Bakıda, Gəncədə, Ağdamda baş tuta bilər" - RƏY

"Erməni vətəndaşlarımızla növbəti görüşlər Bakıda, Gəncədə, Ağdamda baş tuta bilər" - RƏY “44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər əldə edən Azərbaycan diplomatik sahədə də uğurlu addımlar atır. Bu, özünü regionda əbədi sülhün əldə edilməsi istiqamətində atılan addımlarda da göstərir”.
Qarabağ
1 Mart , 2023 17:25
Erməni vətəndaşlarımızla növbəti görüşlər Bakıda, Gəncədə, Ağdamda baş tuta bilər - RƏY

“44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər əldə edən Azərbaycan diplomatik sahədə də uğurlu addımlar atır. Bu, özünü regionda əbədi sülhün əldə edilməsi istiqamətində atılan addımlarda da göstərir”.

Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan ümumi məqsədinə təmkinlə və düşünülmüş siyasətin reallaşdırılması sayəsində nail olur:

“Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qeyd etmişdi ki, normallaşma prosesi iki istiqamət üzrə inkişaf etdirilir. Bunlardan birincisi odur ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. Yəni tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir və s”.

 İlham Əliyev
İlham Əliyev

Deputat qeyd edib ki, ikinci istiqamət Azərbaycan vətəndaşları olan ermənilərlə təmasları əhatə edir:

“Bəyan edilmişdi ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaq. Martın 1-də keçirilmiş görüş məhz daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Hesab edirəm ki, burada bir məqamın üzərində xüsusi olaraq dayanmalıyıq. Söhbət Azərbaycana qarşı təzyiq cəhdlərinin növbəti dəfə puç olmasından gedir. Yəni, bir daha göründü ki, xarici media və QHT-lər də cəlb olunmaqla son dövrlər Azərbaycana qarşı təşkil olunmuş kampaniya heç bir nəticə vermədi və iflasa uğradı”.

Deputat məsələnin başqa bir tərəfinə də açıqlıq gətirib:

“Təəssüflər olsun ki, bəziləri hazırkı təmasın Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri ilə əlaqələndirirlər. Lakin bunun hazırda keçirilən görüşlə heç bir əlaqəsi yoxdur. Çünki bu, xeyli əvvəl planlaşdırılmışdı. Növbəti görüşlər də Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər. Bir sözlə, Azərbaycan düşünülmüş və nəticəyə hesablanan siyasət həayta keçirir. Bu siyasət isə hər zaman ölkəmizə uğur gətirir”.

Son xəbərlər

Orphus sistemi