Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib

Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib Son iki sutkada cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub
Qarabağ
193
10 Noyabr , 2014 10:02
Erməni tərəfi cəbhə xəttində atəşkəs rejimini pozması hallarını intensivləşdirib

Bakı. 10 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərini atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son iki sutkada isə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub.

Son xəbərlər

Orphus sistemi