Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub Üç rayonumuzda Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Qarabağ
5 İyul , 2016 09:15
Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Bakı. 5 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Voskevan, Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi