Erməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozub Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub
Qarabağ
7 Sentyabr , 2016 09:44
Erməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Cəvahirli, Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi