Erməni hərbçi əsgər yoldaşını güllələyib

Qarabağ
  • 20 oktyabr, 2017
  • 15:43
Erməni hərbçi əsgər yoldaşını güllələyib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan Ermənistanın altıncı dağatıcı alayının ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

"Report"un məlumatına görə, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.