Erməni əsgərin anası: “Vəziyyət həddən artıq acınacaqlıdır”

Erməni əsgərin anası: “Vəziyyət həddən artıq acınacaqlıdır” "Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaq” – deyə yazıb
Qarabağ
15 İyun , 2017 18:26
Erməni əsgərin anası: “Vəziyyət həddən artıq acınacaqlıdır”

Bakı. 15 iyun. REPORT.AZ/ Ermənistanda sosial şəbəkə istifadəçisi Sonya Q. adlı əsgər anası statusunda bölüşdüyü paylaşımla bu ölkənin əsgər anaları da daxil olmaqla, bütün ictimaiyyəti növbəti dəfə məyus edib.

"Report" sosial səbəkələrdə erməni istifadəçilərin paylaşımlarına istinadən xəbər verir ki, işğal olunmuş Qarabağda hərbi xidmət keçən oğlu Volodya ilə görüşdən qayıdan ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini ürək ağrısı ilə başqa valideynlərə bölüşüb.

Qadın hərbi hissədə sosial şəraitin bərbad vəziyyətindən, yeməyin keyfiyyətsiz olmasından, əsgərlərin geyimindən, onların xarici görünüşündən, bəzilərinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyindən, hətta zabit ailələrinin dözülməz vəziyyətdə yaşamasından, baş verən haqsızlıqlardan və hərbi hissədəki intizamsızlıq da daxil olmaqla, bir çox problemlərdən danışıb.

Sonya Q. sonda “Vəziyyət həddən artıq acınacaqlıdır. Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaq” – deyə yazıb.

Son xəbərlər

Orphus sistemi