Video əlavə olunub
*** 13:35
Türkiyənin Kayseri şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 3916 metr olan Ərciyəs dağında
"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Təkdən” kollecinin 400 şagirdi iştirak ediblər.
Tədbir iştirakçıları uzun məsafəni qət edərək dağın zirvəsinə qalxıblar. Onlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, plakatlar qaldırıb, “Xocalını unutmadıq, unutdurmadıq!” şüarını səsləndiriblər.
Kollecin müdiri Göksel Orhan "Report"a bildirib ki, təhsil müəssisəsinin şagirdləri könüllü olaraq yürüşdə iştirak etməklə Xocalıda vəhşicəsinə qətlə yetirilən uşaqların səsi olmaq istədilər: “Biz, eləcə də Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin Türkiyə təmsilçisi Elşən Qənbərovla bərabər onlara lazımi dəstəyi verdik. Fikrimcə, belə layihələr Türkiyənin bütün təhsil ocaqlarında həyata keçirilməlidir. Gənc nəsil Xocalının səsi olmalıdır ki, bütün dünya yaşananlardan xəbərdar olsun”.
Vüsalə Abbasova