Eldar Səmədov: "Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır"

Qarabağ
  • 28 noyabr, 2017
  • 09:02
Eldar Səmədov: Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov
Report/ Elshan Baba

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki, o şəxs məhkəmənin qərarı ilə həbs olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".