Ekspert: “Makronun ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə təsir edir”

Ekspert: “Makronun ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə təsir edir” “Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək istəyirsə, neytral siyasət yürütməlidir, lakin bu, baş vermir”.
Qarabağ
14 Oktyabr , 2022 10:59
Ekspert: “Makronun ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə təsir edir”

"Fransa Prezidenti Emmanuel Makronun açıq-aşkar ermənipərəst bəyanatları birbaşa rəsmi Paris və Bakı arasındakı ikitərəfli münasibətlərə təsir edir".

Bunu “Report”a Pakistanın Birgə Gələcək Cəmiyyəti (CGSS) Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

O deyib ki, Fransa vasitəçi rolunu oynamaq istəyirsə, qiymətləndirmə faktlara və reallığa əsaslanmalıdır: "Emmanuel Makronun ermənipərəst bəyanatları birbaşa Azərbaycanla Ermənistan arasındakı münasibətlərə təsir göstərir. Hesab edirəm ki, reallığı görmək və ermənilərin törətdiyi vəhşilikləri etiraf etmək üçün Fransa diplomatik vasitələrdən istifadə etməlidir”.

Ekspert vurğulayıb ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək istəyirsə, neytral siyasət yürütməlidir, lakin bu, baş vermir.

Onun sözlərinə görə, törənilmiş cinayətlərə və atəşkəs rejiminin pozulmasına görə Ermənistanın məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyət daha sayıq olmalı və fəal rol oynamalıdır: “Bütün region ölkələrinin sülh, qlobal inkişaf və ümumi rifah naminə səy göstərməsinin vaxtı yetirişib".

Xatırladaq ki, son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi