Ekspert: "Dağlıq Qarabağ münaqişəsi müəyyən qüvvələrə sərf edir"

Qarabağ
  • 25 iyun, 2020
  • 08:47
Ekspert: Dağlıq Qarabağ münaqişəsi müəyyən qüvvələrə sərf edir

"Azərbaycanın qarşısında duran ən böyük vəzifə ərazi bütövlüyünü bərpa etməkdir".

“Report” xəbər verir ki, bunu “Pandemiyadan sonrakı dövrdə Azərbaycan – Belarus münasibətləri” vebinarında Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov bildirib.

“Ölkəmiz qarşısında çətin vəzifələr durur. Qeyri-neft sektoru şaxələndirilməli, burada ixracatın səviyyəsi artırılmalıdır. Bununla yanaşı, torpaqların işğal altında qalması da regional əməkdaşlıq üçün əlverişli şərait yaratmağı əngəlləyir. Bu münaqişə xalqlara yox, yalnız müəyyən qüvvələrə sərf edir”, – ekspert deyib.

O, Azərbaycan üçün ikitərəfli əlaqələrin xarici siyasətdə öncül məsələlərdən biri olduğunu da diqqətə çatdırıb: “Bu baxımdan Belarusla münasibətlər xüsusi əhəmiyyət daşıyır və hərtərəfli inkişafa yönəlir”.