“Ermənistan və onun rəhbərliyinin bu yaxınlarda atdığı addımlar beynəlxalq birlik tərəfindən təcili surətdə pislənilməlidir”.
Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
Onun sözlərinə görə, sentyabrın 21-də Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən növbəti təxribat nəticəsində azərbaycanlı hərbçinin şəhid olması nəticəsində yaxın aylarda hərbi münaqişə daha da arta bilər.
“Vurulan Ermənistan dronlarının sayı, Ermənistanın faşist ordusu tərəfindən törədilən təxribatlar yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə vəziyyətin daha da pisləşəcəyini düşünmək üçün tutarlı əsas yaradır. Üstəlik, Avropa İttifaqı, NATO, ABŞ Dövlət Departamenti, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sükutu daha da vahiməlidir. Tarixi həqiqətlə oynamaq olmaz. Ermənistanın məlumatları təhrif etməsi, Azərbaycan dinc əhalisinə böyük ziyan vuran hərbi hücumları Avropanın bütün mühüm liderləri tərəfindən ucadan, aydın şəkildə pislənilməlidir”, - politoloq deyib.
P.Teys bununla belə Azərbaycan Respublikası və Prezidenti böyük geosiyasi məsuliyyət nümunəsi ortaya qoyaraq bütün regionun xeyrinə olan iqtisadi inkişaf proqramlarının icrasını təmin etdilər: "Halbuki Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub”.