Ukraynalı ekspert: "Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər"

Ukraynalı ekspert: "Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər" Azərbaycanın öz torpaqlarını geri qaytarması regionda qüvvələr nisbətini xeyli dəyişdirə bilər.
Qarabağ
28 Sentyabr , 2020 17:23
Ukraynalı ekspert: Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər
Qleb Parfenov

"Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər".

Bunu “Report”a Ukraynanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin departament rəhbəri, politoloq Qleb Parfenov bildirib.

“Vəziyyət çox sürətlə dəyişir. Azərbaycan Ordusunun hələ nə qədər yaşayış məntəqələri azad edə biləcəyini indi soyləmək tezdir. Lakin aydındır ki, bu hücum əməliyyatı 2016-cı ildəkindən daha səmərəli oldu. Dünya birliyindən gələn şərhlərə gəlincə, bunlar məntiqlidir. Ölkələrin çoxu bu münaqişəni dondurmağın tərəfdarıdır, çünki başqa variantlar tərəflərdən birinə dəstək mənasına gəlir. Bu da nüfuzlu erməni və azərbaycanlı diasporları olan ölkələr üçün mənfi nəticələr doğura bilər”, - ekspert fikrini bildirib.

Son xəbərlər

Orphus sistemi