Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir.
Qarabağ
30 Sentyabr , 2020 17:00
Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.  

Sentyabrın 30-u günorta saatlarında düşmən Bərdə rayonunun Xanərəb kəndini də artilleriya atəşinə tutub.

Düşmənin atdığı 3 top mərmisindən 1-i kənd sakini Adışirin Məmmədovun həyətyanı sahəsinə düşüb. Nəticədə 2 inək tələf olub, 1-i yaralanıb. Həmçinin ev quşları da tələf olub. 

Son xəbərlər

Orphus sistemi