Bakı. 29 sentyabr. REPORT.AZ/ "Böyük Britaniya Qarabağ probleminin uzunmüddətli sülh yolu ilə həllini istəyir".
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dunkan bu yaxınlarda Ermənistana etdiyi səfərin yekunları ilə bağlı etdiyi videomüraciətdə deyib.
Müraciət zamanı o, Birləşmiş Krallığın bu istiqamətdə çalışan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini bildirib.