Dövlət Dumasının sədri: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini daim nəzarət altında saxlayır”

Dövlət Dumasının sədri: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini daim nəzarət altında saxlayır” Vyaçeslav Volodin: "Münaqişənin həlli və regionda gərginliyin aradan qaldırılması üçün bir çox səylər göstərilib"
Qarabağ
3 Mart , 2017 15:31
Dövlət Dumasının sədri: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini daim nəzarət altında saxlayır”

Bakı. 3 mart. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini daim nəzarət altında saxlayır."

“Report” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.

"Siz Rusiyanın bu məsələyə həm Vyana razılaşmaları, həm də Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində necə diqqətlə yanaşdığını bilirsiniz" - V. Volodin bildirib.

Onun sözlərinə görə, münaqişənin maksimal həlli və regionda gərginliyin aradan qaldırılması üçün bir çox səylər göstərilib.

"Düşünürəm ki, gərginliyi aradan qaldırmaq üçün yalnız bu yolla getmək lazımdır", - Dövlət Dumasının spikeri əlavə edib.

Son xəbərlər

Orphus sistemi