DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir

DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində postlar qurulub
Qarabağ
19 Dekabr , 2020 14:37
DİN: Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi