Deputat: "Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün məkan ola bilər"

Deputat: "Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün məkan ola bilər" Giya Volski: "Təcili olaraq ATƏT-in Minsk qrupunun görüşünün keçirilməsinə ehtiyac var"
Qarabağ
3 Aprel , 2016 12:44
Deputat: Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün məkan ola bilər

Bakı. 3 aprel. REPORT.AZ/ "Gürcüstan Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycan və Ermənistan arasında danışıqların aparılması üçün Tbilisi variantını təklif etməyə hazırdır".

"Report" "Qruziya-Online"a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Giya Volski deyib.

"Çox üzücü hadisələr baş verir. Bunun insan itkiləri ilə nəticələnməsindən savayı, Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün də fövqəladə hal yaratdığı ortadadır", - deyə G.Volski bildirib.

O, ATƏT-im Minsk qrupunun təcili görüşünün zəruri olduğunu bildirərək bu qarşıdurmanın yenidən danışıqlar rejiminə keçməli olduğunu qeyd edib.

"Dünyada gedən prosesləri nəzərə alsaq, bu qaynar nöqtəni beynəlxalq təhlükəsizlik üçün əlavə ciddi problem saymaq olar", - deyə o bildirib.

Deputat münaqişənin həlli üçün Tbilisidə istənilən formatda görüş keçirməyi təklif edib .

"İndi dünyanın aparıcı ölkələrinin təcili qərarlar qəbul etməli olduğu zamandır. Məncə, BMT Təhlükəsizlik Şurası bu məsələ üzrə müzakirələrin başlamalı olduğu ən uyğun yerdir", - deyə o sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi