Deputat: "Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq"

Deputat: "Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" “Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr informasiya müharibəsi sahəsində də Azərbaycanın mövqeyini kifayət qədər gücləndirir".
Qarabağ
24 Oktyabr , 2020 11:14
Deputat: Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq
Şahin İsmayılov

“Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr informasiya müharibəsi sahəsində də Azərbaycanın mövqeyini kifayət qədər gücləndirir. Azərbaycan həqiqətlərini ölkənin birinci şəxsindən dinləyən mətbu orqanların nümayəndələri münaqişə ilə bağlı ən etibarlı mənbə əldə edirlər. Beləliklə də Azərbaycanın haqlı mövqeyi bu mətbu orqanlar vasitəsilə təbliğ olunur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

O xatırladıb ki, “Nikkei” qəzeti 1950-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur: “Böyük oxucu kütləsinə malik qəzetin müxbirləri Yaponiya xaricində əsasən dünya üzrə nüfuzlu siyasətçilərdən müsahibələr götürürlər. Prezident İlham Əliyevin bu mətbu orqana verdiyi müsahibə, heç şübhəsiz ki, bütün Asiya qitəsində geniş marağa səbəb olub və Azərbaycan həqiqətlərinin təbliği baxımından kifayət qədər böyük əhəmiyyət daşıyıb. Nəzərə almaq lazımdır ki, XXI əsr dünyada Asiyanın inkişaf və qızıl dövrü kimi xarakterizə olunur”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətində Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərə və əməkdaşlığa sadiq olduğunu, lakin bunun qarşılığını görmədiyini bildirib:

“Bu səbəbdən də Azərbaycan dövlətinin və xalqının daha 30 il gözləmək fikri yoxdur, artıq status-kvo yoxdur. Lakin regionda və dünyada sülh proseslərinə hər zaman dəstək olan Azərbaycan danışıqlar üçün qapını açıq qoyur - çox sadə bir şərtlə - Ermənistan qoşunları bütün işğal olunmuş ərazilərimizdən çıxmalıdır. Azərbaycan birinci və ikinci humanitar atəşkəsə də sadiqlik göstərdi, lakin mənfur düşmən mülki insanların yaşadığı ərazilərə ballistik raketlərlə hücum etdi. Ermənistanda sağlam düşüncəli insanlar hakimiyyətdə olmayanadək sadə vətəndaşlar əziyyət çəkəcəklər. Biz Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın da hüquqlarını qorumağa hazırıq. Onlar da neofaşist erməni hakimiyyətinin əsrlərinə çevriliblər. Azərbaycan tolerant dövlətdir. Bakının mərkəzində erməni kilsəsi olduğu halda neofaşist erməni hakimiyyəti Dağlıq Qarabağ və ətrafdakı rayonlardakı məscidlərdə donuz saxlayaraq bütün müsəlman dünyasını təhqir edir. Bütün bu vəhşiliklərə baxmayaraq beynəlxalq sülhə töhfələr verən Azərbaycan işğal qurtarandan sonra da regionun inkişafı üçün əlindən gələni əsirgəməyəcək”.

Son xəbərlər

Orphus sistemi