Daha bir erməni hərbçisinin meyiti təhvil verilib

Daha bir erməni hərbçisinin meyiti təhvil verilib Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Qarabağ
25 Avqust , 2021 18:41
Daha bir erməni hərbçisinin meyiti təhvil verilib

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 649-a çatıb.

Son xəbərlər

Orphus sistemi