Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib - VİDEO

Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib - VİDEO Onlar abidənin önünə gül dəstələri qoyub
Qarabağ
324
10 Noyabr , 2016 16:12
Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib - VİDEO

Bakı. 10 noyabr. REPORT.AZ/ “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəcinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“Report”un xəbərinə görə, onlar abidənin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, noyabrın 8-də erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan da “Ana harayı” abidəsini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi